Nağıyev oynadı, Dnepr qələbəni əldən verdi
10 dekabr 2016 11:00
Futbol üzrə Ukrayna Premyer Liqasında 18-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin komandası - "Dnepr" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda Donetsk "Olimpik"i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Nağıyev bu görüşün 70-ci dəqiqəsində, hesab 1:0 komandasının xeyrinə olarkən meydana çıxıb. Futbolçumuzun klubunun qələbə hesabını əldən verməsinə həm də 68-ci dəqiqədə komanda yoldaşının meydandan qovulması təsir göstərib.
Hesabından 6 xal silinmiş "Dnepr" hazırda 12 xalla 12 klub arasında 10-cu pillədə qərarlaşıb.