Kazbek Tuayev: Onları ömürlük futboldan kənarlaşdırmaq lazımdır
9 dekabr 2016 18:00
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev Birinci Divizionda danışılmış oyunlarla bağlı yaranan vəziyyətdən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Birinci Divizionda belə problem varsa, bunu təcili surətdə həll etmək, kökündən vurmaq lazımdır. Amma bizdə hər şey bir neçə il əvvəl İtaliyada baş verənlər qədər pis deyil. Bu, danışılmış oyunların göstəricisi deyil. Amma bu faktlar təsdiqini tapsa, onun iştirakçısı olan hər bir şəxs ömürlük futboldan kənarlaşdırılmalıdır. Bu, başqaları üçün də dərs olar".