Birinci Divizionda noyabrın ən yaxşı qolu müəyyənləşdi
Birinci Divizionda noyabr ayının ən yaxşı qolu müəyyənləşib. Azerisport.az xəbər verir ki, Peşəkar Futbol Liqasının azarkeşlər və idman jurnalistləri arasında keçirdiyi sorğunun nəticəsinə əsasən noyabr ayının ən yaxşı qolunun müəllifi “Bakılı”nın futbolçusu Nurlan Məmmədzadə oldu.
PFL-in saytında keçirilən sorğu zamanı azarkeşlərin 62 faizinin səsini qazanan Nurlan Məmmədzadə jurnalistlərin seçimi zamanı da rəqiblərini üstələyib. O azarkeşlərin seçimi zamanı Emin Mustafayevi (“Qaradağ Lökbatan”), jurnalistlərin seçimi zamanı isə Ruslan Tağızadəni (“Zaqatala”) qabaqlayıb.
Jurnalistlər və azarkeşlərin seçimi eyni olduğuna görə qaydalara əsasən Peşəkar Futbol Liqası səsvermə hüququndan istifadə etməyib.
Qeyd edək ki, Peşəkar Futbol Liqası artıq 3-cü dəfədir ki, Birinci Divizionda ayın ən yaxşı qolu layihəsini həyata keçirir.