Kazbek Tuayev: Qarabağ bu qrupdan çıxmalı idi
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "Fiorentina"sına qarşı keçirdiyi oyunu (1:2) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"a baş verənləri sakit və emosiyasız yaşamağı arzulayıram. Qurban Qurbanov komandanı toparlamalıdır, gələcək strategiyanı müəyyənləşdirməlidir ki, bundan sonra belə xoşagəlməzlik yaşamasınlar. Hesab edirəm ki, çox böyük xoşagəlməzlikdir. Onlar bu qrupdan çıxmalı idilər. Belə şansı əldən vermək olmazdı. Amma qorxulu heç nə baş verməyib. Heç bir məsləhət verməyəcəyəm. Onlar onsuz da hər şeyi gözəl dərk edirlər. Amma indidən demək istərdim ki, Qurban Qurbanovu ilin məşqçisi hesab edirəm. Düzdür, ondan daha böyük uğur, qrupdan çıxmağı gözləyirdik. Amma bu da pis nəticə deyil".