Qarabağla Qəbələ gerilədi
9 dekabr 2016 12:00
UEFA Avropa klublarının yeni reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, "Qarabağ" Avroliqanın qrup mərhələsinin son turunda İtaliya "Fiorentina"sına, "Qəbələ" isə Almaniya "Maynts"ına uduzmaqla mövqeyini pisləşdirib.
Belə ki, Ağdam klubu 105-ci pilləyə enib. "Qarabağ"ın hesabında hazırda 18,050 reytinq xalı var.
"Qarabağ"ın qrupunda yer alan "Fiorentina" 24-cü (65,999), PAOK 58-ci (33,880), "Slovan" isə 84-cüdür (25,095).
"Qəbələ" də üç pillə geriləyərək 185-ci sırada qərarlaşıb. Komandamızın hesabında 7,800 reytinq xalı var.
Bölgə təmsilçisinin qrupunda yer alan Belçika "Anderlext"i 37-ci (49,600), Fransa "Sent-Etyen"i 56-cı (35,099), Almaniya "Maynts"ı 87-cidir (23,299).