Paulo Souza: Qarabağ hücumda yaxşı oynadı
Avropa Liqasının qrup mərhələsinin son turunda səfərdə “Qarabağ”a qalib gələn (2:1) “Fiorentina”nın baş məşqçisi Paulo Souza oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis oyunla bağlı bunları deyib:
- "Qarabağ" qol vurandan sonra məğlub olacağınızı düşünmədiniz?
- Heç vaxt məğlubiyyət barədə düşünmürük. Bu gün gözəl futbol oynayan və güclü komandaya qarşı oynadıq. Qurban Qurbanovu təbrik edirəm. "Qarabağ" hücumda çox yaxşı oynadı.
- Oyunun sizin üçün çətin keçdiyini demək olar?
- Xeyr. Təkrar edirəm ki, hücum futbolu sərgiləyən rəqibə qarşı oynadıq. Bundan sonra da belə davam etmək istəyirik.
- Qırmızı vərəqə alan Kyezanın təcrübəsizliyi hiss olundumu?
- Bizim üçün hər bir futbolçu önəmlidir. Onun daha da inkişaf etməsini istəyirik.
- "Fiorentina" çoxmu dəyişib?
- Biz artırmışıq. Ümid edirəm ki, belə də davam edəcəyik.