Qarabağ Fiorentinaya doğma meydanda da uduzdu
Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" da həlledici oyuna çıxıb.
Ağdam klubu doğma meydanda İtaliyanın "Fiorentina" klubunu qəbul edib. Qurban Qurbanovun komandası yeni tarix yazmaq, ilk dəfə Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanmaq üçün rəqibini məğlub etməliydi. Bununla həm də Florensiyada qeydə alınmış 1:5 hesablı məğlubiyyətin qisası alınmış olacaqdı. Amma qrupdakı digər matçın nəticəsindən asılı olaraq, "Qarabağ" heç-heçə ilə də mərhələ adlaya bilərdi.
Təəssüf ki, bu ehtimalların heç biri özünü doğrultmayıb. Belə ki, Ağdam klubu doğma meydanda məğlubiyyətlə üzləşib.
J qrupunun digər oyununda Yunanıstan PAOK-u doğma meydanda Çexiya "Slovan"ı ilə münasibətlərinə aydınlıq gətirib. 2:0 hesablı qələbə yunanları növbəti mərhələyə daşıyıb.
Avropa Liqası
J qrupu
8 dekabr
“Qarabağ” - “Fiorentina” - 1:2 (0:0)
Qollar: M.Vesino, 60 (0:1). Reynaldo, 73 (1:1). F.Kyeza, 76 (1:2).
Sarı vərəqə: İ.Qurbanov, 15. F.Kyeza, 19. F.Kyeza, 84. B.Hüseynov, 86.
Qırmızı vərəqə: F.Kyeza, 84.
Baş hakim: İvan Bebek (Xorvatiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
"Qarabağ": 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 6. Dino Ndlovu (11. Mahir Mədətov, 71), 10. Muarem Muarem (22. Əfran İsmayılov, 46), 14. Rəşad Sadıqov (k), 15. Rahid Əmirquliyev (9. Reynaldo, 62), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 1. Boyan Şaranov, 21. Arif Daşdəmirov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
"Fiorentina": 12. Çiprian Teteruşanu, 2. Qonsalo Rodriqes, 5. Milan Badel, 8. Matias Vesino, 10. Federiko Bernardeski (6. Karlos Sançes, 83), 13. Davide Astori, 15. Maksimiliano Oliveyra, 19. Sebastyan Kristoforo (20. Borxa Valero, 61), 25. Federiko Kyeza, 30. Xuma Babakar (9. Nikola Kaliniç, 51), 40. Nenad Tomoviç.
Ehtiyat oyunçular: 1. Luka Letserini, 7. Mauro Sarate, 18. Karlos Salsedo, 72. Yosip İliçiç.
Baş məşqçi: Paulo Souza.
1 | Fiorentina | 6 | 4 | 1 | 1 | 15 | 6 | +9 | 13 |
2 | PAOK | 6 | 3 | 1 | 2 | 7 | 6 | +1 | 10 |
3 | Qarabağ | 6 | 2 | 1 | 3 | 7 | 12 | –5 | 7 |
4 | Slovan | 6 | 1 | 1 | 4 | 7 | 12 | –5 | 4 |