Elxan Abdullayev: Qəbələdə bizi çətin oyun gözlədiyini başa düşürük
28 oktyabr 2016 11:20
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi çətin oyun gözləyir. Bunu başa düşürük. Ona görə də qarşıdakı oyuna ciddi hazırlaşırıq. Birinci dövrədə "Neftçi" "Qəbələ"yə 0:8 hesabıyla uduzmuşdu. Həmin oyun barədə çox düşünməyə dəyməz. İndi bizi liderlə, hələ heç bir oyunda uduzmayan komanda ilə duel gözləyir. Rəqib həm də yaxşı vəziyyətdə olması ilə diqqət çəkir. Bizim üçün vacib olan mübarizə aparmaq və "Qəbələ"dən xal almaqdır".