Ansi Aqollidən Katalin Tira açıqlaması
27 oktyabr 2016 15:30
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 2:0 hesablı qələbə ilə bağlı bunları söyləyib:
"Neftçi" ilə oyunlarımız həmişə çətin alınır. Əsas odur ki, 3 xal qazandıq. Bu qələbə bizim üçün vacib idi. Düzdür, bu matç xoşagəlməz hadisə ilə də əlamətdar oldu. Amma Katalin Tira barədə nə demək olar? Futbolda belə hallar olur. Hər şey bizim əlimizdə deyil".