Qəbələnin rəqibi Almaniya kubokundan kənarlaşdırıldı
26 oktyabr 2016 23:30
Futbol üzrə Almaniya Kubokunda ikinci təsnifat mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"nin rəqibi olan "Maynts" da növbəti sınağına çıxıb.
Sözügedən komanda səfərdə aşağı liqa təmsilçisi "Qroyter Fyurt"un qonağı olub. "Maynts" bu oyunda 1:2 hesabıyla uduzub. Nəticədə, "Qəbələ"nin rəqibi kubokda mübarizəni dayandırmalı olub.