Adrian İordaçe: Neftçinin prezidenti olsaydım, Katalin Tiranı qovardım
26 oktyabr 2016 18:10
"Xəzər Lənkəran"ın sabiq yarımmüdafiəçisi Adrian İordaçe həmyerlisi, rumıniyalı Katalin Tiranın Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilmiş "Neftçi" - "Qarabağ" matçının son dəqiqələrində azarkeşə hücum çəkməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Burada nə demək olar? Katalinin ağılsızlığıdır. O, pis hərəkət edib. "Neftçi"nin prezidenti olsaydım, müqaviləni ləğv edər, Tiranı dərhal Rumıniyaya göndərərdim. Yəqin ki, Tiranın indi ölkənizdə ciddi problemləri var. Rumıniya mətbuatında da bu haqda yazırlar".