Azərbaycan İngiltərə ilə üz-üzə
25 oktyabr 2016 11:10
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirəcək. Azerisport.az xəbər verir ki, Rumıniyanın Buftea şəhərindəki Futbol mərkəzində yığmamız İngiltərə komandası ilə qarşılaşacaq.
Millimizin yer aldığı qrupun digər oyununda isə Avstriya ilə Rumıniya üz-üzə gələcək.
AÇ-nin seçmə mərhələsi
6-cı qrup
25 oktyabr
20:00. Azərbaycan - İngiltərə
Hakimlər: Fyodor Zammit (Malta), Luke Portelli (Malta), Daniel Mitruti (Rumıniya), Katalin Gaman (Rumıniya).