Neftçi Feyenoordun sabiq forvardından imtina etdi
24 oktyabr 2016 15:30
“Neftçi” baxışa çağırdığı yeni hücumçu haqqında qərarını verib. Azerisport.az xəbər verir ki, Qeyon Fernandesi bir həftəyə yaxın baxışdan keçirən bakılılar onun çıxışında razı qalmayıb.
Buna görə də 30 yaşlı oyunçu ilə müqavilə bağlanmayıb. Bu üzdən də sözügedən hücumçu artıq vətəni Hollandiyaya göndərilib.
Qeyd edək ki, Fernandes daha əvvəl ölkəsinin "Den Haaq", “Feyenoord”, “Zvolle”, “NAK Breda” kimi klublarında çıxış edib. Onun son klubu isə Ukraynanın "Stal" komandası olub.