Xudiyev Romanın oyununa təyinat aldı
24 oktyabr 2016 11:00
Azərbaycanlı hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, UEFA Avropa Liqasının E qrupunda noyabrın 3-də, Vyana şəhərindəki "Ernst Happel" stadionunda keçiriləcək "Austriya" (Avstriya) - "Roma" (İtaliya) oyununun hakim-inspektoru Asim Xudiyev olacaq.