Ramaldanovun komandası növbəti qələbəsini qazandı
24 oktyabr 2016 01:00
Futbol üzrə Gürcüstan çempionatında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanovun komandası - "Kolxeti" də növbəti matçına çıxıb.
Poti təmsilçisi doğma meydanda Bolnisi "Sioni"si ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Rasim bu qarşılaşmaya da start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Kolxeti" 9 turdan sonra 18 xalla yer aldığı 7 komandadan ibarət "qırmızı qrup"da 2-ci pillədə qərarlaşıb.