Şalke Qəbələnin rəqibini darmadağın etdi
23 oktyabr 2016 21:30
Futbol üzrə Almaniya Bundesliqasında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi - "Maynts" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Şalke" ilə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.
Qeyd edək ki, 8 turdan sonra 11 xala malik olan "Qəbələ"nin rəqibi 18 klub arasında 9-cu pillədə qərarlaşıb.