Qarabağın rəqibi Kalyariyə 5 qol vurdu
23 oktyabr 2016 19:30
Futbol üzrə İtaliya çempionatında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Fiorentina" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Kalyari" ilə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan qələbə ilə ayrılıb - 5:3.
Qeyd edək ki, bir oyunu təxirə salınmış "Fiorentina" hazırda 12 xalla 20 klub arasında 10-cu pillədə qərarlaşıb.