Kəpəz Gəncədə son məşqə çıxdı
22 oktyabr 2016 23:30
Topaz Premyer Liqasının 9-cu turunda “İnter”lə qarşılaşacaq “Kəpəz” bu gün sözügedən oyun üçün Gəncəyə yollanıb. Azerisport.az xəbər verir ki, komanda oyunun keçiriləcəyi şəhər stadionunda son məşqə çıxıb.
Hazırlıq prosesi uzun sürməyib. Futbolçular təxminən 45 dəqiqə yüngül formada məşq ediblər.
“İnter”ə qarşı görüşdə zədəli olan Şəhriyar Əliyev, Dario Federiko və Vüqar Bəybalayev komandaya kömək edə bilməyəcək.