Həşimov: Qarabağ Reynaldo və Migel Maderadan asılı olmadıını göstərdi
22 oktyabr 2016 13:30
"Qarabağ"ın sabiq müdafiəçisi Zaur Həşimov bu komandanın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Yunanıstan PAOK-u üzərində qazandığı qələbəni şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"ın PAOK üzərindəki qələbəsini bircə sözlə ifadə etmək lazım gəlsə, sadəcə, fantastika! Komanda müdafiədə çox inamlı təsir bağışladı. Ümumilikdə, komanda əsl kollektiv oyun nümayiş etdirdi. Kimisə xüsusi qeyd etmək lazım gəlsə, Dani Kintananı fərqləndirərdim. O, meydanda ən yaxşı idi. Qolları da yaxşı kombinasiyalar nəticəsində vurdular. Rəqib isə dişsiz təsir bağışladı. "Qarabağ" bu oyunda həm də Reynaldo ilə Migel Maderadan asılı olmadığını göstərdi".