Kamran Ağayev oynadı, Boavişta 1 xal qazandı
22 oktyabr 2016 01:55
Futbol üzrə Portuqaliya çempionatında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Kamran Ağayevlə Emin Mahmudovun komandası - "Boavişta" da növbəti matçına çıxıb.
Sözügedən klub səfrədə "Maritimo" ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Qeyd edək ki, Kamran bu oyunda da start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. O, 27-ci dəqiqədə penaltidən qol buraxıb. Amma komandası fasilədən sonra bərabərlik qolunu vura bilib. 73-cü dəqiqədə Ağayev sarı vərəqə də alıb.
Eminin adı isə bu matçın da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Boavişta" hazırda 9 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.