Kintana Avroliqada 3-cü turun ən yaxşı oyunçusu seçilə bilər
21 oktyabr 2016 12:00
Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Bakıda keçirilmiş "Qarabağ" - PAOK matçının (2:0) ən yaxşı futbolçusu müəyyənləşib. Azerisport.az xəbər verir ki, UEFA-nın rəsmi saytında aparılmış sorğunun nəticələrinə görə, bu, Ağdam klubunun yarımmüdafiəçisi Dani Kintana olub.
Bu matçdakı ilk qolunu müəllifi olan ispaniyalı hücumçu eyni zamanda Avroliqada 3-cü turun da ən yaxşısı seçilə bilər. Hazırda UEFA-nın rəsmi saytında bununla bağlı müvafiq sorğu keçirilir. Dani ilə yanaşı, bu sorğuda daha yeddi futbolçu iştirak edir. Onların arasında "Mançester Yunayted"in futbolçusu Pol Poqba və "İnter"dən Antonio Kandreva da var.