Ronaldinyo Bakı Olimpiya stadionunda
20 oktyabr 2016 20:30
“Qəbələ” İdman Klubunun təşəbbüsü ilə ölkəmizdə səfərdə olan dünya şöhrətli braziliyalı futbol ulduzu Ronaldinyonun bu gün Bakı Olimpiya Stadionunda mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, mətbuat konfransında AFFA-nın baş katibi Elxan Məmmədov və “Qəbələ” İK-nın prezidenti Tale Heydərov iştirak edib.
Ronaldinyo Bakı Olimpiya Stadionu ilə tanış olub, burada məşq edən aşağı yaş qruplarından ibarət komandaların məşqinə baxıb.