Ronaldinyo Qəbələnin futbolçuları ilə görüşdü
20 oktyabr 2016 18:40
Azərbaycanda səfərdə olan məşhur braziliyalı futbolçu Ronaldinyo bu gün Bakı Olimpiya Stadionunda "Qəbələ" Futbol Akademiyasının oyunçuları ilə görüşüb. Azerisport.az xəbər verir ki, sözügedən arenada baş tutan mətbuat konfransından sonra o, qazona çıxıb.
Gənc futbolçularla məşq edən Ronaldinyo onlarla şəkillər çəkdirib, pərəstişkarlarına fotoqraf paylayıb.