Orxan Hüseynzadə Bolqarıstan – Belarus oyununda
20 oktyabr 2016 14:30
Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb. Azerisport.az xəbər verir ki, 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 13-də Sofiya şəhərindəki Vasil Levski adına Milli Stadionda keçiriləcək Bolqarıstan – Belarus qarşılaşmasının FIFA komissarı Orxan Hüseynzadə olacaq.