Azərbaycan yığması FİFA reytinqində 45 pillə irəlilədi
FİFA futbol üzrə dünya yığmalarının reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi ötən ayla müqayisədə 45 pillə irəliləyib.
Komandamız hazırda 88-ci pillədə qərarlaşıb. Yığmamızın hesabında 404 reytinq xalı var.
Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsindəki rəqiblərinin mövqeyi isə belədir: Almaniya (2, 1465), Şimali İrlandiya (36, 739), Çexiya (40, 663), Norveç (81, 438) və San Marino (201, 17).
İlk onluqda qərarlaşan komandalar isə bunlardır: Argentina (1621), Almaniya (1465), Braziliya (1410), Belçika (1382), Kolumbiya (1361), Çili (1273), Fransa (1271), Portuqaliya (1231), Uruqvay (1175) və İspaniya (1168).
Qeyd edək ki, geridə qalan ayın ən yaxşı komandası Çernoqoriya olub - 49 pilləlik sıçrayışla hazırda 56-cı yerdədir. Ən pis göstəriciyə isə 52 pillə geriləyərək 139-cu sıraya düşən Kiprdir.