Bursasporun forvardı hələ millimizlə bağlı danışmaq istəmir
17 oktyabr 2016 17:30
Türkiyənin "Bursaspor" klubunun hücumçusu Dəniz Yılmaz hələ Azərbaycan yığması barədə danışmaq istəmir. Azerisport.az xəbər verir ki, bir müddət öncə FİFA-nın milli komandamızda oynamağa razılıq verdiyi forvard ötən gün uzun zədədən sonra ilk dəfə Super Liqa matçında 90 dəqiqə meydanda oldu.
Lakin o, əməkdaşımızın bu və digər suallarını cavablandırmaq istəmədi. Özünü hələ yığmamız barədə danışmağa tam hazır hiss etmədiyini deyən Yılmaz bütün diqqətini "Bursaspor"un heyətində möhkəmlənməyə yönəltdiyini də diqqətə çatdırdı.