Mahmudovla Ağayev milli komandamıza dəvət olundu
1 oktyabr 2016 13:30
Portuqaliyanın "Boavişta" klubunun azərbaycanlı futbolçu - Emin Mahmudovla Kamran Ağayev Azərbaycan yığmasına dəvət olunub. Azerisport.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan yığmasını DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Norveçlə, ayın 11-də isə Çexiya ilə oyun gözləyir.