Amadeu: Azərbaycan millisinin DÇ-dəki çıxışını uğurlu sayıram
Futzal üzrə Azərbaycan yığmasının sabiq oyunçusu Amadeu komandamızın dünya çempionatındakı çıxışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Portuqaliya ilə 1/4 final matçında komanda çoxlu qol epizodunu qaçırdı. Fikrimcə, rəqibin heyətində Rikardinyonu zərərsizləşdirmək mümkün olsaydı, Portuqaliya bu qədər güclü olmazdı, hər şey fərqli bitə bilərdi. Hər halda komanda Mərakeş və Tailand kimi rəqiblərə qalib gələ bildi. Bütövlükdə, DÇ-dəki çıxışı, nəticəni yaxşı hesab edirəm. Mən də komanda ilə birgə bu turnirdə olmaq istərdim. Mənə dəvət gəlməyəndə çox məyus oldum. Çünki Azərbaycan yığmasının DÇ-yə vəsiqə qazanmasında mən az güc sərf etməmişdim. Lakin məni mundialın final mərhələsinə dəvət etmədilər. Buna baxmayaraq, yenə də milliyə dəvət gözləyirəm".