Neftçi Bakcell Arenaya nə vaxt dönəcək?
1 oktyabr 2016 11:30
"Neftçi" ev oyunlarını keçirdiyi "Bakcell Arena"ya qayıtmağa tələsmir. Azerisport.az xəbər verir ki, "ağ-qaralar" Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Kəpəz"i də Masazırdakı "Əlincə Arena"da qəbul edəcək.
Klubun idman direktoru Orxan Hüseynzadə bununla bağlı saytımıza açıqlama verib:
"Qəbələ" Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarını bu arenada keçirmək üçün bizə müraciət edib. Bu müraciəti müsbət cavablamaya bilməzdik. Çünki bu komanda nəinki özü, həm də Azərbaycan futbolu üçün mübarizə aparır. Biz isə "Bakcell Arena"ya oktyabrın sonunda qayıdacağıq. Hələlik isə oradakı yenidənqurma işlərinin tam yekunlaşmasını gözləyirik".