Rauf Əliyev: Fiorentina qalib gəlməli idi, daha bu hesabla yox
30 sentyabr 2016 13:40
"Qarabağ"ın sabiq hücumçusu, hazırda "İnter"də çıxış edən Rauf Əliyev Ağdam klubunun Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "Fiorentina"sına 1:5 hesablı məğlubiyyətindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Fiorentina"nın İtaliya çempionatındakı oyunlarına baxırdım. Onlar bu mövsüm güclü təsir bağışlayırlar. Ona görə də bu komandadan belə oyun gözləyirdim. Amma qırmızı vərəqə oyuna çox təsir etdi. Hətta qırmızı vərəqə olmasaydı da, "Qarabağ"ın İtaliyada qələbə qazanacağına proqnoz vermək olmazdı. "Fiorentina" qələbə qazanmalı idi. Amma daha bu hesabla yox. Bir və ya iki top fərqi ilə uduzmaları gözlənilən idi".