Paulo Souza: Futbolçularım məni dünyanın ən xoşbəxt məşqçisi etdi
30 sentyabr 2016 00:10
İtaliyanın "Fiorentina" klubunun baş məşqçisi Paulo Souza Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 5:1 hesablı qələbədən sonra bunları söyləyib:
"Bu qəbər hücum etməyimizdən, qol vurmağımızdan razıyam. Bu gün Kaliniç-Babakar duetinin oyun dinamikası gözəl idi. Amma bu, həm də rəqibin çıxışından asılıdır. Saratenin də uğurlu çıxışına görə şadam. O, məni sevindirdi. Kristoforo da yaxşı oynadı. Biz xeyli qol vəziyyəti yarada bilən rəqibə qarşı oynayırdıq. Sadəcə, komandamız matça heç də düzgün fikirlə çıxmamışdı. Bu gün futbolçularım məni dünyanın ən xoşbəxt məşqçisi etdi".