Rövnəq Abdullayev: Qəbələ qalib gələ bilərdi
29 sentyabr 2016 21:10
AFFA prezidenti Rövnəq Abdullayev "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniya "Maynts"ına qarşı keçirdiyi oyunu (2:3) şərh edib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Yaxşı oyun oldu. Amma rəqib güclü idi. "Qəbələ" qalib gələ bilərdi. Bunun üçün təcrübə və güc çatmadı. UEFA prezidenti də yaxşı oyun olduğunu söylədi. "Qarabağ"dan qələbə gözləyirəm".