UEFA prezidenti Qəbələnin oyununda
29 sentyabr 2016 19:40
AFFA-nın prezidenti Rövnəq Abdullayevin dəvətinə əsasən UEFA-nın prezidenti Aleksander Çeferin AÇ-2020-nin 4 oyununun ev sahibi şəhəri Bakının loqosunun təqdimat mərasimində iştirak etmək üçün bu gün paytaxtımıza gəlib. Azerisport.az xəbər verir ki, tədbir sabah - sentyabrın 30-da, saat 19:00-da, Bakı Olimpiya stadionunda keçiriləcək.
A.Çeferin Avropa Liqasının C qrupu çərçivəsində bu dəqiqələrdə "Bakcell Arena"da keçirilən "Qəbələ" - "Maynts" (Almaniya) oyununa da baş çəkib. Belə ki, qitə futbol qurumunun rəhbəri AFFA prezidenti R.Abdullayevlə birgə bu matçı canlı izləyənlər arasındadır.