Mahmud Qurbanov: Qarabağ İtaliyada sürpriz edə bilər
Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin ikinci turundakı şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ" bu gün üçün Almaniyanın ən yaxşı formada olan klublarından birinə qarşı oynayacaq. Bu iki klub arasındakı səviyyə fərqi hər kəsə yaxşı məlumdur. "Maynts" intizamlı komandadır. Çətin olacaq, amma klubumuza uğurlar arzulayıram. Məncə, heç-heçə də yaxşı nəticə hesab oluna bilər.
"Qarabağ"ın rəqibi "Fiorentina" isə İtaliya təmsilçisidir. Böyük klubdur. Ağdamlılara çox çətin olacaq. Ümid edirəm ki, ən azı bir xal qazana biləcəklər. Çətin də olsa, sürpriz etmək olar. "Qarabağ" avrokuboklarda daha güclü rəqiblərə layiqli müqavimət göstərə bilib".