Məhəmməd Mirzəbəyov: Mayntsın adından çəkinmirik
29 sentyabr 2016 10:30
"Qəbələ"nin müdafiəçisi Məhəmməd Mirzəbəyov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Almaniyanın "Maynts" klubuna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Maynts"ın adından qorxmuruq. Ötən il biz Dortmund "Borussiya"sına qarşı oynamışdıq. Fiziki və texniki cəhətdən oyuna hazır olsaq, istənilən rəqibə qarşı oynaya bilərik. Rəqibin heyətində heç kimi tanımıram. Amma "Maynts" güclü komandadır. Qrupdan çıxmaq istəyirik, bunun üçün əlimizdən gələni edəcəyik. Ev oyunlarımızdan qələbə ilə ayrılmalıyıq. Ümid edirəm ki, səfər oyunlarında da xal qazana biləcəyik. "Maynts"a uduzmaq barədə düşünmürük. İnanıram ki, azarkeşlər də bizi başa düşəcəklər".