Əfran İsmayılov: İtaliyaya xal qazanmaq üçün gəlmişik
28 sentyabr 2016 22:25
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ikinci turunda sabah İtaliyanın “Fiorentina” klubunun qonağı olacaq. Azerisport.az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Əfran İsmayılov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:
“Rəqibimiz çox güclüdür. Biz də xal qazanmaq üçün bura gəlmişik. Baş məşqçimizin verdiyi tapşırıqları düzgün yerinə yetirsək, sərfəli nəticə qazana bilərik. Biz də bunun üçün meydana çıxacağıq. Ümid edirəm, ən azı bir xalla azarkeşlərimizi sevindirəcəyik”.