Martin Şmidt: İlk turdakı xal itkisini Bakıda kompensasiya etmək istəyirik
28 sentyabr 2016 22:00
Almaniyanın "Maynts" klubunun baş məşqçisi Martin Şmidt Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Stadiona gələnə qədər şəhəri gəzdik. Yolda təxminən 100 dəqiqə vaxtımız keçdi. Tezliklə məşq etmək istəyirik. Sabahkı oyunu da səbrsizliklə gözləyirik. Əlbəttə, biz evdə həmişə maksimum nəticəyə oynayırıq. Səfərdə isə bacardığımız qədər çox xal toplamaq istəyirik. Lakin ilk turda xal itirdiyimizi nəzərə alsaq, bunu Bakıda kompensasiya etməyə çalışacağıq".