Qəbələnin forvardı Cəbəllütariq və Yunanıstanla oyunlara çağrıldı
28 sentyabr 2016 17:20
"Qəbələ"nin hücumçusu Sergey Zenyov Estoniya yığmasına dəvət alıb. Azerisport.az xəbər verir ki, onun komandasını DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Cəbəllütariq və Yunanıstanla oyunlar gözləyir.
Qeyd edək ki, Estoniya Cəbəllütariqlə oktyabrın 7-də, Yunanıstanla ayın 10-da qarşılaşacaq.