Ramil Şeydayev ona rus deyilməməsini xahiş etdi
Azərbaycan yığmasının və Türkiyənin "Trabzonspor" klubunun hücumçusu Ramil Şeydayev yeni komandasındakı durumu ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Trabzonspor"la 2020-ci ilin yayına qədər müqaviləm var. Bu müddət inkişaf etməyim üçün kifayət qədər uzundur. Ancaq mən əsas heyətə düşmə müddətini tezləşdirərək həm "Trabzonspor"da daha çox qalmaq, həm də daha çox oynamaq istəyirəm. “Trabzonspor”da gözəl mühit var. Uğur qazanmaq üçün hamı bir-birinə kömək edir. Əsl ailə ab-havası içindəyik. "Trabzonspor"a keçdiyimə peşman deyiləm. Burada xəyallarımı gerçəkləşdirə bilərəm".
Türkiyəli həmkarlarımız onu da qeyd edirlər ki, Şeydayev klubdakı ətrafına azərbaycanlı olduğunu və ona rus deyilməsini istəmədiyini bildirib.