MY-nin sabiq yarımmüdafiəçisi Bakıya gəldi
28 sentyabr 2016 13:00
Bu gün veteran futbolçumuz İsgəndər Cavadovun 60 illik yubileyi qeyd olunur. Azerisport.az xəbər verir ki, bu münasibətlə yubilyarın müxtəlif ölkələrdən qonaqları gəlib.
Onların arasında Rusiya yığmasının və İngiltərənin "Mançester Yunayted" klubunun sabiq yarımmüdafiəçisi Andrey Kançelskis də Azərbaycan paytaxtına təşrif buyurub. Onunla yanaşı Valeri Qazzayev, Aleksandr Çivadze, İqor Ponomaryov və başqa veteran futbolçular da Bakıya gəliblər.