Tyaqu: Azərbaycan finala da çıxa bilərdi
27 sentyabr 2016 18:20
Futzal üzrə Azərbaycan yığmasının üzvü Tyaqu komandamızın dünya çempionatındakı çıxışını şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Dünya çempionatını izləyirəm və hesab edirəm ki, bu mundial ən maraqlısıdır. Biz də Kolumbiyada az iş görmədik. Fikrimcə, finala da çıxa bilərdik. Sadəcə, Portuqaliya ilə oyunda komandamızın üç aparıcı üzvü yox idi. Onlar olsaydı, hesab tam fərqli olacaqdı. Portuqaliyanı keçəcəyimiz halda, Argentina ilə qarşılaşacaqdıq ki, bu komandaya da qalib gələ bilərdik. İstənilən halda, yığmamızın DÇ-də uğurlu çıxış etdiyini düşünürəm".