Maynts Bakıya 200 azarkeş gətirir
27 sentyabr 2016 17:00
Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qəbələ"nin qonağı olacaq Almaniyanın "Maynts" klubu Bakıya sabah gələcək. Azerisport.az xəbər verir ki, çarter reysi ilə gələcək qonaqlar saat 16:00-da Heydər Əliyev adına hava limanına enəcəklər.
"Maynts" özü ilə Azərbaycana 16 jurnalist və 200 azarkeş də gətirir.
Qeyd edək ki, "Qəbələ" - "Maynts" oyunu sentyabrın 29-da "Bakcell Arena"da keçiriləcək və saat 19:00-da start götürəcək.