Səlahət Ağayevdən Kamran Ağayevə dəstək
27 sentyabr 2016 15:20
"İnter"in qapıçısı Səlahət Ağayev Azərbaycan yığmasındakı komanda yoldaşı Kamran Ağayevin Portuqaliyanın "Boavişta" klubunun heyətində keçirdiyi debüt oyununda buraxdığı kobud səhvdən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Futbolda böyük qapıçılar da səhvə yol verirlər. Kamran ölkəmizin ən yaxşı qapıçısıdır. Ona görə də mən onun səhvini şərh etmək istəməzdim. Azərbaycanlı qapıçının Portuqaliyanın "Boavişta" klubunun qapısını qoruması futbolumuz üçün böyük uğurdur. Kamrana uğurlar arzulayıram. Ümid edirəm ki, növbəti oyunlarda daha inamlı çıxış edəcək. "Boavişta" peşəkar klubdur. Yəqin ki, Kamrandan debüt oyunundakı səhvə görə imtina etməzlər".