Sumqayıtı baş məşqçisi, Qəbələni azarkeşi ziyana saldı
27 sentyabr 2016 12:45
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 3-cü turundan təxirə salınmış bir oyunla bağlı aşağıdakı qərarlar çıxarılıb:
3-cü turdan təxirə salınmış “Qəbələ” - “Sumqayıt” matçında meydançaya azarkeş daxil olub və nəticədə 1 dəqiqəlik fasilə yaranıb. “Qəbələ” oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə 4000 manat cərimə olunub.
Oyunun 85-ci dəqiqəsində “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov texniki zona qaydaların pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 800 manat cərimə olunub.