AFFA İnterə transfer qadağası qoydu
27 sentyabr 2016 12:30
FİFA 06.09.2016-cı il AFFA-ya məktub ünvanlayaraq, FİFA-nın Nizam-İntizam Komitəsinin “İnter” PİK klubu haqqında 26.05.2016-cı il tarixində qərar qəbul etdiyini bildirib. Azerisport.az xəbər verir ki, məktubda “İnter” klubu ilə həmin klubda çıxış etmiş futbolçu Yohan Bokonyano arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etmədiyi səbəbindən növbəti iki transfer dövründə yeni futbolçu qeydiyatına qadağa qoyulması göstərilib.
Yuxarıda göstərilənləri nəzərə alaraq AFFA-nın İntizam Komitəsi tərəfindən aşağıdakı qərar qəbul edilib:
Azərbaycan Topaz Premyer Liqasında çıxış edən "İnter"in növbəti iki transfer dövründə yeni futbolçu qeydiyatına qadağa qoyulsun.