Samir Abasov: Neftçinin pis günlər keçirməsi bizə asan olacağına əsas vermir
27 sentyabr 2016 11:00
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandamın özünü yaxşı hiss etdiyini desəm, sizi aldatmış olaram. "Qəbələ"yə məğlubiyyət uşaqlara çox pis təsir edir. Buna baxmayaraq, uşaqları toparlamağa, qarşıdakı oyuna hazırlaşmağa çalışırıq. Necə olacağını bilmirəm. Rəqibimiz də yaxşı günlər keçirmir. Amma bu, bizim üçün asan olacağına əsas vermir. "İnter"ə qarşı keçirdikləri son oyuna baxmışam. Pis oynamadılar. Bakılıların heyətində fərdi cəhətdən güclü oyunçular var".