Julien Ebah: Belə oynamağa davam etsək, avrokuboklara vəsiqə qazana bilərik
26 sentyabr 2016 17:00
"Kəpəz"in hücumçusu Julien Ebah Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Döyüşkən komandamız var. Ölkənin ən yaxşı komandasına qarşı yüksək səviyyəli oyun sərgilədik. Üç xal da qazana bilərdik. Bunun üçün əlimizdən gələni etdik. Fikrimcə, bu cür davam etsək, avrokuboklara vəsiqə qazana bilərik. Təəssüf ki, Gəncə stadionunun qazonu o qədər də yaxşı deyil. Düzdür, ötən mövsümdəkindən yaxşı olsa da, səhvlər etməyimizə səbəb olur. Amma bu oyundakı xal itkisini yalnız qazonla əlaqələndirmək düzgün olmazdı. Çünki rəqib də bizimlə eyni şərtlər altında oynayırdı".