Neftçi yeni futbolçu sifariş etdi
26 sentyabr 2016 14:00
"Neftçi" heyətinə yeni futbolçu qatıb. Azerisport.az xəbər verir ki, "ağ-qaralar" ötən mövsümü "Zirə"də keçirmiş Tərzin Cahangirovla gücləniblər.
Gənc futbolçu paytaxt klubuna azad agent statusu ilə keçib. "Neftçi" yeni transferini artıq PFL-ə təqdim etdiyi sifariş vərəqəsinə də daxil edib və o, "Sumqayıt"la Premyer Liqanın 6-cı tur matçında iştirak edə bilər.
Qeyd edək ki, tərəflər arasında müqavilə dekabra qədərdir. Amma futbolçu ümidləri doğrultsa, müqavilənin müddəti artırıla bilər.