Pavel Paşayev fərqləndi, komandası 1 xal qazandı
25 sentyabr 2016 23:00
Futbol üzrə Ukrayna çempionatında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası - "Stal" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Zirka" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 0:0.
Paşayev start heyətdə çıxdığı matçda 90 dəqiqə meydanda olub. O, 67-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Qeyd edək ki, "Stal" 9 turdan sonra 7 xalla 12 klub arasında 10-cu pillədə qərarlaşıb.