Qəbələnin rəqibi Lillə qalib gəldi
25 sentyabr 2016 21:10
Futbol üzrə Fransa çempionatında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Sent-Etyen" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Lill" ilə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu görüşdən qələbə ilə ayrılıb - 3:1.
Qeyd edək ki, "Qəbələ" Avroliqanın üçüncü təsnifat mərhələsində məhz "Lill" ilə qarşılaşmış bu rəqibini mübarizədən kənarlaşdırmağı bacarmışdı - səfərdə 1:1, evdə 1:0.
Qeyd edək ki, "Sent-Etyen" 12 xalla 20 klub arasında 7-ci pillədə qərarlaşıb.